Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  ilə ”Milli qəhrəmanımız Əsəd Əsədovun anım günü” ilə əlaqədar tədbir keçirildi

29.10.2021

29 oktyabr 2021-ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə  ilə "Milli qəhrəmanımız Əsəd Əsədovun anım günü" ilə əlaqədar tədbir keçirildi. Bir dəqiqəlik sükutla açılan tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin metodisti  Əmirova Midvari açaraq qeyd etdi ki,  Zəngilan rayonunun Turabad kəndində doğulmuş Əsəd Əsədov Erməni işğalçıları torpaqlarımıza təcavüzə başlayanda  mübarizəyə qoşulmuş, təcrübəli təyyarəçi kimi dəfələrlə döyüş bölgələrinə uçuşlar etmiş və hər dəfə də ekstremal vəziyyətlərdən düzgün istifadə edərək, düşmənin layiqli cavabını vermişdir. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı Fərmanı ilə Əsədov Əsəd Soltan oğlu ölümündən sonra Ümumi Lider Heydər Əliyev tərəfindən 1996-cı ildə“Azərbaycanın  Milli Qəhrəmanı” adına layiq görülmüş,  Qızıl Medalla təltif edilmişdir.

Daha sonra 1 və  2 saylı  klubun əməkdaşları Əsəd Əsədovun qəhrəmanlıq və şücaətlərindən danışaraq "Şəhidim" adlanan şeiri səsləndirmişlər.